"Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satış İdarəsinin (RETSİ) yeni rəsi Nəriman Mahmudov təyin edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq "Azərişıq" ASC-dən bildirilib.
Bu vəzifəyə təyin olunanadək N.Mahmudov qurumun Şimal-Qərb RETSİ-nin rəisi olub.
***
15:45
“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Naxçıvan nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib.
Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı ASC-nin sədri Vüqar Əhmədov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Naxçıvan Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Nemət Qasımov tutduğu vəzifədən azad olunub.
Qeyd edək ki, N. Qasımov bu vəzifəyə ötən ilin may ayında təyin olunub.
Eyni zamanda, “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satış İdarəsinin (RETSİ) satış şöbəsinin rəisi Emil Əkbərli də tutduğu vəzifədən azad edilib.
Bakı 




