• Bakı 10° C

    7.36 m/s

  • USD - 1.7

    EUR - 1.9857

    RUB - 2.1172

İran iki cəbhədə sıxışır: Tam müdafiə rejimi və dərinləşən xalq etirazları

SİYASƏT

08 Yanvar 2026 | 17:41

İran iki cəbhədə sıxışır: Tam müdafiə rejimi və dərinləşən xalq etirazları

İranda həm təhlükəsizlik strukturları, həm də ictimai narazılıq eyni vaxtda kəskinləşdiyi üçün ölkə çoxqatlı böhran mərhələsinə girir.

Son 24 saatda Tehran strateji bölgələr - Təbriz, Həmadan, Kərəc və paytaxt ətrafı üzərində NOTAM rejimi tətbiq edərək hava məkanını ciddi şəkildə məhdudlaşdırıb. Bu addım İranın hava hücumundan müdafiə sistemindəki bütün açıq sahələri bağladığını göstərir və rejimin xarici təzyiqi real təhlükə kimi qiymətləndirdiyini ortaya qoyur. Tehran faktiki olaraq ölkəni hərbi əməliyyatlara hazır vəziyyətə gətirib.

Daxildə isə etirazlar daha təşkilatlanmış və təsirli mərhələyə keçib. Rza Pəhləvinin çağırışından sonra mağazaların açılmaması, dəmiryol işçilərinin tətili və şimal bölgələrində - Astarada və Gilanda həm azərbaycanlıların, həm də talışların kütləvi aksiyalara qoşulması prosesin yalnız sosial deyil, həm də iqtisadi-siyasi xarakter aldığını göstərir. Bu vəziyyət etirazların adi küçə mitinqindən çıxaraq rejimə qarşı sistemli təzyiq alətinə çevrilməsi anlamına gəlir. Hakimiyyət isə “etirazçı-iğtişaşçı” bölgüsü ilə hadisələri sərtləşdirərək legitimlik qazanmağa çalışır.

Xarici müstəvidə ABŞ və İsrailin artan ritorikası vəziyyəti daha da mürəkkəbləşdirir. Trampın “etirazçılar öldürülərsə müdaxilə edəcəyik” açıqlaması, ABŞ hərbi qüvvələrinin Avropaya köçürülməsi barədə yayılan məlumatlar və İsrailin İranın raket istehsalını bərpa etdiyi iddiaları hərbi ssenarinin yenidən aktuallaşdığını göstərir.

Bununla belə, belə bir müdaxilənin İran cəmiyyətində hansı reaksiya doğuracağı açıq sual olaraq qalır: bir ssenaridə xalq bunu müdaxilə kimi dəyərləndirib rejimin ətrafında birləşə bilər, digər ssenaridə isə repressiyalar fonunda “xalqı qoruma” addımı kimi qəbul edib dəstək verə bilər.

Beləliklə, İran həm daxili, həm də xarici təzyiqlərin kəsişdiyi kritik nöqtəyə daxil olub.

Ruslan Zəngəzur


SON XƏBƏRLƏR

08 Yanvar 2026