UEFA Çempionlar Liqasının əsas mərhələsində keçirilən “Qarabağ” – “Çelsi” (2:2) matçında ağır zədə alan Kadi Borges yenidən yaşıl meydanlara dönüb.
Bakıvaxtı.az xəbər verir ki, ötən ilin noyabrında baş tutan həmin qarşılaşmada sol ayaq sümüyü (fibula) qırılan braziliyalı yarımmüdafiəçi uzunmüddətli bərpa prosesini uğurla başa vurub.
Futbolçunun sosial şəbəkələrdə paylaşılan görüntülərində onun məşqlərə başladığı və ingiliscə “come back” (geri döndüm) deyərək qayıdışını qeyd etdiyi görünür.
Xatırladaq ki, 29 yaşlı “sambaçı” “Çelsi” ilə Bakıdakı tarixi heç-heçə zamanı oyunun 31-ci dəqiqəsində məcburi əvəzlənmişdi.
Bakı 




