• Bakı 26° C

    5.51 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Gürcüstan Azərbaycandan tranzit haqqı alacaq

CƏMİYYƏT

08 Yanvar 2026 | 20:00 | Müəllif: Subhan Mahmudov

Gürcüstan Azərbaycandan tranzit haqqı alacaq

Gürcüstan Azərbaycan benzininin Ermənistana sayca ikinci tranziti üçün ödəniş alacaq.

Bakıvaxtı.az xəbər verir ki, bunu “Mega Trade” şirkətinin direktoru Karen Ayriyan bildirib.

Onun sözlərinə görə, ikinci tranzitdə Azərbaycandan “Premium” və “Regular” benzin idxal olunacaq.

“Tranzit üçün ödəniş benzinin qiymətinə ciddi təsir göstərməyəcək, qiymətə əsas təsiri valyuta dalğalanmaları və dünya bazar qiymətləri göstərir”, - o bildirib.

Qeyd edək ki, Azərbaycan yanacağının Ermənistana əsas idxalçıları “Mega Trade” və “Shisha World” şirkətləridir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Sentyabr 2026