• Bakı C

    4.36 m/s

  • USD - 1.7

    EUR - 2.0052

    RUB - 2.2154

Qəsdən adam öldürmə faktının TƏFƏRRÜATI - FOTO

CƏMİYYƏT

07 Fevral 2026 | 19:15

Qəsdən adam öldürmə faktının TƏFƏRRÜATI - FOTO

Şəmkir rayonunda qadın qətlinin bəzi təfərrüatları üzə çıxıb.

Bakıvaxtı.az-ın aUnikal-a istinadən məlumatına görə, qətlə yetirilən qadın baş nahiyəsindən aldığı ağır zərbələr nəticəsində ölüb. Bu barədə mərhumun qonşusu Cavad Vəliyev məlumat verib.

Onun sözlərinə görə, hadisədən ilk şübhələnənlər elə qonşular olub:

“2025-ci il dekabrın 23-də günorta saat 14:00 radələrində gördük ki, Solmazın evinin işığı yanır, amma qapısı açılmır. Yoldaşımı çağırdım, dedim ki, evinin işığı sönməyib, qapısını açan da yoxdur. Sonra camaata xəbər verdik, telefonuna zəng etdik, cavab vermədi. Hamımız yığışıb evə girdik. Yoldaşım ‘Solmaz, ay Solmaz’ deyə səsləndi, amma cavab olmadı. Əvvəl qadınlar içəri girdi, sonra biz. Baxanda gördük ki, Solmaz yerdə uzanıb. Artıq ölmüşdü. Meyiti qonaq otağında idi, yatağı da açılmamışdı. Üzü-gözü qan içində idi, çox qan itirmişdi”, - deyə Cavad Vəliyev bildirib.

Qonşunun sözlərinə görə, daha sonra qətlin üstü açılıb:

“Bu gün eşitdik ki, Solmazı öldürən tapılıb. Deyilənə görə, küçənin aşağısında yaşayan Arzu adlı şəxs törədib. Çox şükür ki, cinayəti törədən müəyyənləşdirilib. Hadisəni törədən şəxsin qaynatası mərhumla qonşu olub”, – deyə o əlavə edib.

Bildirilir ki, Solmaz Mahmudovanın həyat yoldaşı bir neçə il əvvəl vəfat edib və qadın tək yaşayırmış. Hadisəni törətməkdə şübhəli bilinən Arzu Həmidlinin isə iki azyaşlı övladı var.


SON XƏBƏRLƏR

06 Fevral 2026