• Bakı C

    7.71 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.1216

“Cihan” reklamdan 30 milyon qazanacaq

ŞOU

08 Yanvar 2026 | 23:01

“Cihan” reklamdan 30 milyon qazanacaq

Məşhur türkiyəli aktyor, “Uzak Şehir” serialında canlandırdığı “Cihan” obrazı ilə tanınan Ozan Akbaba bahalı reklam müqavilələrindən birinə imza atıb.

Bakıvaxtı.az xəbər verir ki, aktyor mənzillərin alqı-satqısı ilə bağlı olan məşhur ipoteka şirkətinin siması olub.

Ötən gün çəkilişlərinə başlanılan reklam kampaniyası üçün O. Akbabanın 30 milyon TL (təxminən 1.1 milyon manat) qazanacağı öyrənilib. Şirkətin bu seçimi etməsində aktyorun ekranda yaratdığı güclü və etibarlı imicin böyük rol oynadığı bildirilir.

Reklam çarxlarının yaxın günlərdə həm televiziya, həm də rəqəmsal platformalarda geniş şəkildə yayımlanması planlaşdırılır.


SON XƏBƏRLƏR