• Bakı C

    12.29 m/s

  • USD - 1.7

    EUR - 2.0166

    RUB - 2.23

Məleykə Əsədovanın qızı xəstəxanaya yerləşdirildi - FOTO

ŞOU

02 Fevral 2026 | 17:55

Məleykə Əsədovanın qızı xəstəxanaya yerləşdirildi - FOTO

Xalq artisti Məleykə Əsədova sosial şəbəkə paylaşımı ilə diqqət çəkib. O, qızı Gülərin xəstəxanaya yerləşdirildiyini yazıb.

Bakıvax.az xəbər verir ki, Məleykə Əsədova qızının səhhətində problem yarandığını qeyd edib. 

Onun sözlərinə görə, Gülər son günlər geniş yayılan virus infeksiyasına yoluxub.

Aktrisa paylaşımında bildirib: "Gözəl qızım qripə tutulub. Hamı özünü bu pis virusdan qorusun. Xəstəxanaya gedirəm. Allah heç kəsi xəstələndirməsin".

Məleykə Əsədovanın bu paylaşımı izləyicilər tərəfindən narahatlıqla qarşılanıb, sosial şəbəkə istifadəçiləri Gülərə tezliklə şəfa diləyiblər.


SON XƏBƏRLƏR