Müğənni Xana Babayeva ailə qurub.
Bakıvaxtı.az xəbər verir ki, o, toyundan əvvəl Vətən müharibəsində şəhid olan qardaşı Əmirxan Babayevin məzarını ziyarət edib.
Xana Babayeva həmin görüntüləri öz sosial şəbəkə hesabında paylaşaraq bu sözləri yazıb:
"Qardaşının yoxluğu ilə susmuş bir həyat.... Sonra biri gəldi və onu yenidən yaşamağa inandırdı. İlk kadrlar isə ən Ali ziyarətdə çəkildi...".
Qeyd edək ki, Əmirxan Babayev Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub. Xana qardaşı şəhid olandan sonra sənətdən uzaqlaşıb.
Bakı 




