• Bakı 10° C

    7.36 m/s

  • USD - 1.7

    EUR - 1.9857

    RUB - 2.1172

Metroda gediş haqqı ilə bağlı VACİB XƏBƏR

CƏMİYYƏT

08 Yanvar 2026 | 17:42

Metroda gediş haqqı ilə bağlı VACİB XƏBƏR

Son vaxtlar vətəndaşlar metroda NFC texnologiyası ilə ödəniş zamanı çətinliklə üzləşdiklərini bildirirlər. Belə ki, ödəniş cəhdi zamanı əməliyyat qəbul olunmur və ekranda “müvəqqəti məhdudlaşdırıldı” qeydi əks olunur. Bu hal isə ictimaiyyətdə NFC ilə ödənişlərə hər hansı limit və ya məhdudiyyətin olub-olmaması ilə bağlı suallar yaradır.

Bakıvaxtı.az xəbər verir ki, məsələ ilə bağlı news24.az-a açıqlama verən bank eksperti Əkrəm Həsənov qeyd edib ki, metro stansiyalarında NFC ilə ödənişlərə dair heç bir limit və ya ümumi məhdudiyyət mövcud deyil. Onun sözlərinə görə, belə bir problem yarandıqda səbəbi dəqiqləşdirmək üçün mütləq bankla əlaqə saxlamaq lazımdır:

“Ümumiyyətlə, NFC ilə ödəniş zamanı kartın məhdudlaşdırılması mümkün deyil. Vətəndaş Azərbaycan ərazisində öz bank kartı və hesabı vasitəsilə istənilən ödənişi həyata keçirə bilər”.

Məsələ ilə bağlı sorğumuza cavab olaraq “BakıKart”dan isə bildirilib ki, balansı olmayan və ya əməliyyat limiti bank tərəfindən məhdudlaşdırılmış kartlar üzrə risk qiymətləndirilməsi aparıla bilər. Bu zaman müvafiq texniki və funksional yoxlamalar həyata keçirilir və nəticədən asılı olaraq kart üzrə müvəqqəti məhdudiyyətlər tətbiq oluna bilər. Qurumdan qeyd edilib ki, proses bankdan daxil olan rəsmi sorğu əsasında icra olunur.


SON XƏBƏRLƏR

08 Yanvar 2026