• Bakı 10° C

    7.36 m/s

  • USD - 1.7

    EUR - 1.9857

    RUB - 2.1172

Daxili qoşunlarla bağlı yeni qanun tətbiq ediləcək

CƏMİYYƏT

08 Yanvar 2026 | 17:36

Daxili qoşunlarla bağlı yeni qanun tətbiq ediləcək

Nazirlər Kabineti “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” Qanunun tətbiqi ilə bağlı addımlar atacaq.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, bu Fərmanının icrasını təmin etmək məqsədilə Ədliyyə Nazirliyi Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanlarla razılaşdıraraq təkliflərini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

Nazirlər Kabinetinin normativ hüquqi aktlarının Qanuna və Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini beş ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir. Mərkəzi icra hakimiyyəti orqanları dörd aydan gec olmayaraq, Qanunun və Fərmanın icrasını təmin etmək məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Ədliyyə Nazirliyinə təqdim etməli və icra vəziyyəti tələb etdikdə, Nazirlər Kabinetini məlumatlandırmalıdırlar.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Qanuna və Fərmana uyğunlaşdırılmasını təmin edib, bu barədə altı ay müddətində Nazirlər Kabinetinə məlumat verməlidir.


SON XƏBƏRLƏR

08 Yanvar 2026