• Bakı C

    7.71 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.1216

Bu gecə kütləvi hücum ola bilər - Zelenski

DÜNYA

08 Yanvar 2026 | 22:42

Bu gecə kütləvi hücum ola bilər - Zelenski

Bu gecə Rusiya Ukraynaya kütləvi hücum edə bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski axşam müraciətində deyib.

"Bu gecə Rusiyanın daha bir kütləvi hücumu ola biləcəyi barədə məlumatlar var. Bu gün və sabah hava hücumu sirenlərinə diqqət yetirmək və daim sığınacaq axtarmaq çox vacibdir. Ruslar hava şəraitindən istifadə etməyə çalışırlar", - Zelenski qeyd edib.

O həmçinin bildirib ki, Rusiyanın infrastruktura hücumlarından sonra Dnepropetrovsk və Zaporojye bölgələrində elektrik enerjisi kəsilib, bərpa üçün bütün lazımi resurslar səfərbər edilib.


SON XƏBƏRLƏR