• Bakı 14° C

    5.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ukrayna Rusiyanın neft emalı zavoduna zərbə endirib

DÜNYA

03 Oktyabr 2025 | 16:53

Ukrayna Rusiyanın neft emalı zavoduna zərbə endirib

Ukraynanın Təhlükəsizlik Xidmətinin "A" Mərkəzi Xüsusi Əməliyyatlar Qüvvələrinin pilotsuz uçuş aparatları (PUA) 1 400 km məsafədə Rusiyanın Orenburq vilayətinin Orsk şəhərində yerləşən "Orsknefteorgsintez" neft emalı zavoduna zərbə endiriblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətindəki bir mənbə "İnterfax-Ukrayna" agentliyinə məlumat verib.

Məlumata görə, zavodda təxliyə elan olunub. Orskın yerli hökuməti sakinləri sakit qalmağa çağırıb.

Ukraynanın Təhlükəsizlik Xidmətindən vurğulanıb ki, Rusiyanın neft-qaz infrastrukturuna zərbələr bu ölkənin iqtisadiyyatını zəiflətməyə yönəlib:

"Artıq Rusiya neft emalı zavodlarının təxminən 40 %-i fəaliyyət göstərmir və biz bu göstəricinin artırılması üzərində çalışacağıq".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026