• Bakı 7° C

    3.97 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Meksikada şəhər meri qətlə yetirildi

DÜNYA

02 Noyabr 2025 | 16:06 | Müəllif: Subhan Mahmudov

Meksikada şəhər meri qətlə yetirildi

Meksikanın Uruapan şəhərinin meri Karlos Manso silahlı hücum nəticəsində öldürülüb.

Bakıvaxtı.az bu barədə "El Pais" nəşrinə istinadən xəbər verir.

Silahlı hücum ittihamı ilə iki nəfər saxlanılıb, daha bir hücum edən şəxs isə öldürülüb.

Bildirilir ki, hücum şəhər meydanında baş verib. Qətl günü 40 yaşlı Manso Uruapanın ən vacib bayramlarından biri hesab edilən Şam festivalında çıxış edib.

Qısa müddət sonra azı beş dəfə atəş açılıb. O, aldığı yaralardan xəstəxanada ölüb.

Şəhər merinin Meksikanın ən yeni və ən sürətlə böyüyən cinayətkar qruplarından biri olan "Xalisko yeni nəsil" karteli (CJNG) ilə mübarizəyə xüsusi diqqət yetirdiyi vurğulanır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026