"Sanksiyalara baxmayaraq, Rusiya xarici investisiyalara açıq qalır və müxtəlif ölkələrin biznesləri onunla əməkdaşlıqda maraqlıdır".
Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Biz xarici investisiyalarda maraqlıyıq. Rusiya xarici sərmayələrə açıq olaraq qalır. Və biz xaricdən, o cümlədən Hindistandan investisiyalar üçün ən əlverişli şərait yaratmağa hazırıq", - o, Nyu-Dehlidə Rusiya-Hindistan sammiti öncəsi Hindistan mətbuatı üçün keçirdiyi brifinqdə deyib.
Bakı 



