ABŞ Prezidenti Donald Trampın xüsusi səfiri Stiv Uitkoff Rusiyada rəsmi səfərdədir.
Bakıvaxtı.az xəbər verir ki, onun təyyarəsi artıq Moskvanın “Vnukovo-2” aerportuna eniş edib.
Stiv Uitkoffun yaxın zamanda ölkə rəhbərliyi ilə Ukrayna münaqişəsinin dinc yolla nizamlanması, o cümlədən Vaşinqtonun sülh planı üzrə danışıqlar aparacağı gözlənilir.
***
14:38
ABŞ prezidentinin xüsusi elçisi Steven Vitkoffun olduğu güman edilən təyyarə Rusiya hava məkanına daxil olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS-a təyyarənin tranzit kimi keçdiyi Latviyanın hava nəqliyyatı idarəsindəki mənbə bildirib.
"Təyyarə Moskva vaxtı ilə saat 12:50-də (Bakı vaxtı ilə 13:50) İGORO keçid məntəqəsi yaxınlığında Rusiya ilə hava sərhədini keçib, bundan sonra Rusiya aviadispetçerləri onu nəzarətə götürüb", - agentliyin mənbəsi bildirib.
Zeynəb Rzayeva
Bakı 



