• Bakı 12° C

    11.11 m/s

  • USD - 1.7

    EUR - 1.9735

    RUB - 2.1877

Tanınmış rejissor İranda HƏBS EDİLDİ

DÜNYA

02 Dekabr 2025 | 14:01

Tanınmış rejissor İranda HƏBS EDİLDİ

Güneyli rejissor Cəfər Pənahi həbs olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.

Məlumata görə, Tehran İnqilab Məhkəməsinin qərarı ilə Şərqi Azərbaycan əyalətinin Miyana şəhərindən olan məşhur güneyli rejissor Cəfər Pənahi həbs cəzasına məhkum edilib.

Qeyd olunur ki, məhkəmənin 26-cı bölməsi tərəfindən “dövlət quruluşuna qarşı təbliğat aparmaq” ittihamı ilə günahlandırılan Pənahiyə 1 il həbs və 2 il ölkədən çıxış qadağası verilib.

Xatırladaq ki, tanınmış kinorejissor və ssenarist Cəfər Pənahi 1960-cı il iyulun 11-də Miyana şəhərində dünyaya gəlib. O, İran kino sənayesində "yeni dalğa"nın önəmli simalarından biri kimi tanınır.

 

 

 


SON XƏBƏRLƏR

01 Dekabr 2025