Moskva və Pekin strateji təhlükəsizlik üzrə yüksək səviyyəli razılaşmaların həyata keçirilməsi üzərində işləyir.
Bakıvaxtı.az xəbər verir ki, bunu Çinin xarici işlər naziri Vanq Yi Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə strateji təhlükəsizlik üzrə məsləhətləşmələr zamanı deyib.
"Biz strateji təhlükəsizlik məsələləri üzrə yüksək səviyyəli sazişlərin həyata keçirilməsi üçün birlikdə çalışırıq. Strateji qərarların həyata keçirilməsi və siyasi etimadın gücləndirilməsi üçün çox böyük səylər göstəririk. Siz və sələfləriniz bu sahədə çox böyük işlər görmüsünüz. Biz bunu çox yüksək qiymətləndiririk", - Yi qeyd edib.
Onun sözlərinə görə, Moskva və Pekin Çin-Rusiya münasibətlərinin dinamik olaraq qalması ilə razılaşır: "Ümumdünya Antifaşist Müharibəsində Qələbənin 80-ci ildönümünün qeyd edilməsi çərçivəsində ən yüksək səviyyələrdə bir sıra mühüm təmaslar baş tutub. Xüsusilə qeyd etmək istərdim ki, Çin prezidenti Si Cinpin və Rusiya prezidenti Vladimir Putin Moskva və Pekində iki dəfə görüşüblər".
Zeynəb Rzayeva
Bakı 



