Pakistanda silahlı şəxslər ölkənin şimal-qərb hissəsində yerli icra nümayəndəsi də daxil olmaqla, 4 nəfəri öldürüb.
Bakıvaxtı.az Pakistan mediasına istinadən xəbər verir ki, yerli icra administratoru, onun iki cangüdəni və yoldan keçən təsadüfi bir insan silahlı hücumun qurbanı olub.
Hücum ölkənin Xeybər-Paxtunxva vilayətində baş verib.
Yerli polisin məlumatına görə, icra hakimiyyəti administratorunun maşını silahlılar tərəfindən pusquya salınıb.
Hələlik hücumla bağlı heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.
Hadisə hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
Qeyd edək ki, dünən Pakistanın şimal-qərb hissəsində Lakki Mərvat bölgəsində polis maşını partladılıb və nəticədə bir polis zabiti həlak olub.
APA
Bakı 



