• Bakı 13° C

    3.92 m/s

  • USD - 1.7

    EUR - 1.9672

    RUB - 2.1247

ABŞ və Çin hərbi təmasları bərpa ediblər

DÜNYA

02 Noyabr 2025 | 13:22

ABŞ və Çin hərbi təmasları bərpa ediblər

Vaşinqton və Pekin ABŞ Prezidenti Donald Tramp və Çin Sədri Si Cinpinin Cənubi Koreyadakı görüşündən sonra hərbi əlaqə kanallarını bərpa ediblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Pit Heqset "X" sosial şəbəkə hesabında məlumat verib.

Heqset qeyd edib ki, Çinin müdafiə naziri admiral Donq Tszyun ilə danışıqlar müsbət mühitdə keçirilib və tərəflər münaqişələrin qarşısını almaq və yarana biləcək problemləri aradan qaldırmaq üçün əlaqə kanalları yaratmaqda razılığa gəliblər.

O həmçinin əlavə edib ki, gələcəkdə iki ölkənin hərbi nümayəndələri arasında əməkdaşlığı daha da gücləndirmək üçün yeni görüşlər planlaşdırılıb.


SON XƏBƏRLƏR

01 Noyabr 2025