Brüsseldə Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallas arasında görüşüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, görüş Ermənistan-Aİ Tərəfdaşlıq Şurasının 6-cı iclası çərçivəsində keçirilir.
Məlumata görə, bugünkü müzakirələrin gündəliyində Ermənistan-Aİ tərəfdaşlığının dərinləşdirilməsi, o cümlədən yeni gündəliyin təsdiqi, həmçinin qarşılıqlı əlaqənin təşviqi və regional mövzular yer alıb.
Bakı 



