Böyük Britaniya siyasi partiyalarda kripto ianələrini qadağan etməyi nəzərdən keçirir.
Bakıvaxtı.az Politico-ya istinadla xəbər verir ki, hökumət siyasi partiyalara kriptovalyuta ilə ianələrin qadağan olunmasını müzakirə edir.
Məlumata görə, bu addım Naycer Farajın lideri olduğu Reform UK partiyasını birbaşa hədəfə alır. Partiya bu il kripto ianələri qəbul edən ilk britaniya partiyası olub.
Yeni qanun layihəsi həmçinin xarici müdaxilə və pul yuyulması riskini azaltmaq məqsədilə kölgə şirkətlərdən və qeyri-hüquqi qurumlardan gələn ianələri də məhdudlaşdıra bilər.
Zeynəb Rzayeva
Bakı 



