• Bakı 13° C

    10.6 m/s

  • USD - 1.7

    EUR - 1.9717

    RUB - 2.1924

Ermənistan-Aİ münasibətləri: Brüsseldə yeni tərəfdaşlıq gündəliyi imzalanacaq

DÜNYA

02 Dekabr 2025 | 10:32

Ermənistan-Aİ münasibətləri: Brüsseldə yeni tərəfdaşlıq gündəliyi imzalanacaq

Dekabrın 2-də Brüsseldə keçiriləcək Tərəfdaşlıq Şurasının iclasının yekunlarına əsasən Ermənistan və Avropa İttifaqı (Aİ) arasında Strateji Tərəfdaşlıq Gündəliyi imzalanacaq. 

Bakıvaxtı.az "Armenpress"ə istinadən xəbər verir ki, bunu Aİ-nin genişlənmə siyasəti üzrə ali komissarı Marta Kos Brüsseldə erməni jurnalistlərlə görüşü zamanı deyib.

O qeyd edib ki, yeni tərəfdaşlıq gündəmini Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Kaya Kallas imzalayacaq: "Avropa İttifaqı-Ermənistan Tərəfdaşlıq Şurasının iclası olacaq və bu iclasda biz Ermənistan və Avropa İttifaqı arasında strateji tərəfdaşlıq üçün yeni gündəliyi qəbul edəcəyik. Bu, fəaliyyət planı, edə biləcəyimiz işlərin yol xəritəsi olacaq", - Kos bildirib.

Aİ rəsmisi qeyd edib ki, bu, Ermənistanın iqtisadi inkişafına, təsisatların güclənməsinə töhfə verəcək dəstəyi əhatə edəcək. Yeni tərəfdaşlıq gündəliyinə müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq da daxil olacaq.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

01 Dekabr 2025