İsveç Ukraynaya 1,1 milyard İsveç kronu (təxminən 53 milyon dollar) məbləğində yardım ayıracaq.
Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə İsveç hökumətinin məlumatında deyilir.
Qeyd edilib ki, hökumət Ukraynanın ən təcili ehtiyaclarının təmin edilməsi üçün 1,1 milyard İsveç kronundan çox məbləğdə yeni mülki dəstək paketi təqdim edəcək.
Vəsait xüsusilə enerji təchizatı, islahatlar və səhiyyəyə yönəldiləcək. Maliyyə yardımının ümumi məbləği 1,112 milyard İsveç kronu təşkil edəcək.
Bakı 



