• Bakı 12° C

    3.58 m/s

  • USD - 1.7

    EUR - 1.9672

    RUB - 2.1247

İlk insanların mənşəyi məlum oldu – Yeni tədqiqat

DÜNYA

02 Noyabr 2025 | 15:53

İlk insanların mənşəyi məlum oldu – Yeni tədqiqat

Beynəlxalq antropoloqlar qrupu ilk insanların köç yolları ilə bağlı əhəmiyyətli kəşf edib. Tədqiqat göstərir ki, müasir insanların ilk nəsilləri indiki Cənubi Afrikanın sahillərindən başlamış ola bilər.

Bakıvaxtı.az xəbər verir ki, araşdırma "Transactions of the Royal Society of South Africa" (TRSSA) jurnalında dərc olunub.

Məqaləyə görə, təxminən 70.000 il əvvəl kiçik insan qrupları Cənubi Afrika sahillərini tərk edərək qitənin şərq sahilləri boyunca hərəkət etməyə başlayıblar. Təxminən 20-30 min il sonra onlar Qırmızı dənizi keçərək Ərəbistan yarımadasına çatıb, oradan isə Avrasiyaya yayılıblar.

Alimlər qeyd edirlər ki, Cənubi Afrika icmalarının mülayim iqlimi, bol resursları və sosial inkişaf səviyyəsi miqrasiyanın başlanması üçün ideal şərait yaradıb.

Tədqiqat nəticələrinə görə, əhalinin artımı, resurslar uğrunda rəqabət və iqlim dəyişikliyi insanların Böyük Miqrasiyaya çıxmasına səbəb olub. Sahil marşrutu isə yalnız qida və su təmin etməklə kifayətlənməyib, həm də böyük yırtıcılardan qorunmaq üçün təhlükəsiz yol rolunu oynayıb./Milli.az


SON XƏBƏRLƏR

01 Noyabr 2025