• Bakı 18° C

    0.4 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.0614

Merts: Qərbin cəlbedici qüvvəsi zəifləyir

DÜNYA

03 Oktyabr 2025 | 16:57

Merts: Qərbin cəlbedici qüvvəsi zəifləyir

 Qərbin cəlbedici gücü azalır və dünya artıq onun dəyərlərinə arxalanmır. 

Bakıvaxtı.az "Welt" televiziyasına istinadən xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merts deyib.

O, açıqlamasında 2025-ci ilin payızını Almaniya üçün "həlledici an" adlandırıb:

"Ölkəmiz özünün ən yaxın tarixində mühüm, bəlkə də həlledici mərhələnin ortasındadır. İstənilən halda Qərbin cəlbediciliyi açıq şəkildə zəifləyir. Bizə qarşı yeni avtokratiya ittifaqları formalaşır, liberal demokratiyalara bir həyat forması kimi hücum edir. Bizim azad həyat tərzimiz təkcə xaricdən deyil, həm də daxildən də hücuma məruz qalır. Biz özümüzü müdafiə etməyi öyrənməliyik".

Baş nazir qeyd edib ki, Almaniya azad və demokratik ölkə olaraq qalmaq istəyir.

Gülşən Şərif
 


SON XƏBƏRLƏR