• Bakı 29° C

    3.47 m/s

  • USD - 1.7

    EUR - 1.9774

    RUB - 2.1074

COP29 sədrliyinin nümayəndələri Efiopiyada iqlim sammitində iştirak edəcəklər

CƏMİYYƏT

03 Sentyabr 2025 | 14:08

COP29 sədrliyinin nümayəndələri Efiopiyada iqlim sammitində iştirak edəcəklər

COP29 sədrliyinin nümayəndələri İkinci Afrika İqlim Həftəsində (ACW2) və İkinci Afrika İqlim Sammitində (ACS2) iştirak etmək üçün Əddis-Abebaya (Efiopiya) gediblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə COP29-un "X" hesabında məlumat verilib.

"Sədrlik bütün istiqamətlərdə fəaliyyəti sürətləndirmək və Afrika ölkələrinə dəstək məqsədilə COP29-da qəbul edilmiş öhdəliklərin yerinə yetirilməsini təmin etmək üçün hökumət, vətəndaş cəmiyyəti və özəl sektordan olan liderlərlə qoşulacaq", - məlumatda qeyd olunub.


SON XƏBƏRLƏR