• Bakı 25° C

    8.9 m/s

  • USD - 1.7

    EUR - 1.9774

    RUB - 2.1074

Netanyahunun şok planı üzə çıxdı: Nüvə silahı hazırlayır

DÜNYA

03 Sentyabr 2025 | 22:21

Netanyahunun şok planı üzə çıxdı: Nüvə silahı hazırlayır

İsrail nüvə proqramı ilə bağlı yeni obyektin tikintisini sürətləndirib.

Bakıvaxtı.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə mütəxəssislər tərəfindən təhlil edilmiş peyk görüntülərinə istinad edilir.

Bildirilir ki, işlər Negev səhrasında, Dimona şəhəri yaxınlığında yerləşən Şimon Peres adına Nüvə Tədqiqat Mərkəzində aparılır. Ekspertlərin sözlərinə görə, aktiv tikinti işləri İsrailin nüvə silahı hazırlamaq istiqamətində hərəkət etdiyinə işarədir.

Peyk şəkilləri iyulun 5-də ABŞ-ın xüsusi şirkəti Planet Labs PBC tərəfindən çəkilib. Analitiklər obyektin Dimona reaktoruna yaxınlığını vurğulayıblar. Burada digər elektrik stansiyaları yoxdur.

Mütəxəssislərin fikirləri isə müxtəlifdir. Üç analitik obyektin yerləşdiyi yer, ölçüləri və çoxmərtəbəli olması ehtimalını əsas gətirərək, bunun yeni ağır-sulu reaktor ola biləcəyini açıqlayıb. Belə reaktorlar nüvə silahı üçün lazım olan plutonium və digər materialların istehsalında istifadə edilə bilər.

Dörd mütəxəssis isə bunun həm də nüvə silahlarının yığılması üçün yeni obyekt olacağını istisna etməyib.


SON XƏBƏRLƏR

03 Sentyabr 2025