• Bakı 29° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.9456

    RUB - 2.1745

Daşqınlar səbəbindən 300 min insan təxliyə edildi

DÜNYA

03 Sentyabr 2025 | 17:12

Daşqınlar səbəbindən 300 min insan təxliyə edildi

Pakistanda musson yağışlarının səbəb olduğu daşqınlar səbəbi ilə insanlar təxliyə edilib.

Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.

Məlumata görə,  Pəncab əyalətində son 48 saatda 300 minə yaxın insan təhlükəsiz bölgələrə təxliyə edilib.

Qeyd olunub ki, əyalətdəki 33 min kənddə 3,3 milyondan çox insan daşqınlardan zərər çəkib. Zərərin qiymətləndirilməsi işlərinin davam etdiyi, evlərini itirənlərə isə əyalət hökuməti tərəfindən təzminat ödəniləcəyi bildirilıb.

Müzəffərqarh rayonunda onlarla kəndin, ardınca Hindistan sərhədinə yaxın Narowalnın və Sialkotun musson yağışlarının yaratdığı daşqınlar altında qaldığı deyilir.

Mina Mikayılova

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Iyul 2026