• Bakı 29° C

    3.47 m/s

  • USD - 1.7

    EUR - 1.9774

    RUB - 2.1074

Suriyada 2 nazirliyin əməkdaşları kütləvi ölümlərlə əlaqədar saxlanılıblar

DÜNYA

03 Sentyabr 2025 | 15:01

Suriyada 2 nazirliyin əməkdaşları kütləvi ölümlərlə əlaqədar saxlanılıblar

Suriyada druzların yaşadığı Es-Suveydada mülki əhaliyə qarşı cinayətlər törətməkdə şübhəli bilinən müdafiə və daxili işlər nazirliklərinin əməkdaşlarını saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Suriya iyulun 31-də baş vermiş hadisələri araşdırmaq üçün komitə təyin edib. Komitənin nümayəndəsi Ammar İzzəddin bildirib ki, daxili işlər və müdafiə nazirliklərinin əməkdaşları sorğu-sual edilib və ədalət məhkəməsinə təhvil verilib.

A.İzzəddin saxlanılanların sayını açıqlamayıb.

Xatırladaq ki, Es-Suveydada druz qruplaşmaları ilə bədəvi qəbilələri arasında toqquşmalar zamanı yüzlərlə insan öldürülüb. Bu toqquşmalar bölgəyə Suriya qoşunlarının göndərilməsindən sonra güclənib.


SON XƏBƏRLƏR