İranın İsfahan şəhəri yaxınlığında 5,3 bal gücündə zəlzələ baş verib.
Bakıvaxtı.az xəbər verir ki, episentri Zəvarə bölgəsi olan təkanlar yerli vaxtla saat 00:05-də qeydə alınıb.
Zəlzələ Tehran və Qum şəhərlərində də hiss olunub. Hadisə 10 kilometr dərinlikdə baş verib, dağıntılar barədə məlumat yoxdur.
Əli Hüseynov