• Bakı 21° C

    2.87 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

ABŞ-də səhrada 315 nəfərin külü TAPILDI

DÜNYA

02 Noyabr 2025 | 09:32 | Müəllif: Subhan Mahmudov

ABŞ-də səhrada 315 nəfərin külü TAPILDI

ABŞ-nin Nevada səhrasında 315 nəfərin yandırılmış meyitlərinin külləri aşkar edilib.

Bakıvaxtı.az "The Sun" nəşrinə istinadən xəbər verir ki, kütləvi insan qalıqları Serçlayt şəhəri yaxınlığında tapılıb.

Küllərin yanında heç bir nişanə və ya sənəd olmayıb. Bu da ölənlərin şəxsiyyətini müəyyənləşdirməyi praktiki olaraq qeyri-mümkün edib.

Ərazidə kül torbalarını bağlamaq üçün istifadə edilən məftil qırıntıları və qabların parçaları tapılıb.

Qalıqların həqiqətən insanlara aid olduğu rəsmən təsdiqlənib.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR