• Bakı 19° C

    2.65 m/s

Baxçalı Hozatın təhdid ifadələrinə CAVAB VERDİ: Törədilən cinayətlər...

DÜNYA

02 Dekabr 2025 | 08:59 | Müəllif: Qalib İbrahimoğlu

Baxçalı Hozatın təhdid ifadələrinə CAVAB VERDİ: Törədilən cinayətlər...

"Terrorsuz Türkiyə hədəfi ilə bağlı heç bir güzəşt və ya ən kiçik tərəddüd ola bilməz".

Bakıvaxtı.az Türkiyə mediasına istinadla xəbər verir ki. bunu MMP lideri Dövlət Baxçalı deyib.

Onun sözlərinə görə, çevriliş iddiaları cəfəngiyyatdır:

"Böhtan və ittihamlar bizi yolumuzdan döndərə bilməz. Təxribat arayanlar ambisiyalarından kənarda qalacaq. Heç kimin bu fürsəti yüksək səviyyəyə çatdırmaq hüququ yoxdur".

PKK/KCK terrorçusu Bese Hozatın təhdid ifadələrinə cavab verən Dövlər Baxçalı vurğulayıb ki, heç kim amnistiya vəd etmir. Onun dediyinə görə, törədilən cinayətlər tarix və vicdan qarşısında aydındır.

Şırnak səfəri zamanı Bərzaninin mühafizəçilərinin şəklinə də reaksiya verən Baxçalı,  "Vətənimizdə əcnəbi geyimli əsgərlərin uzun lüləli silahlarla gəzməsi sadəcə biabırçılıqdır" deyib.

Nərgiz Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Oktyabr 2026