• Bakı 13° C

    10.6 m/s

  • USD - 1.7

    EUR - 1.9717

    RUB - 2.1924

Kubanı ağcaqanad vasitəsilə yayılan viruslar cənginə alıb

DÜNYA

02 Dekabr 2025 | 08:31

Kubanı ağcaqanad vasitəsilə yayılan viruslar cənginə alıb

Kubada son bir həftə ərzində "çikunqunya" qızdırmasına daha 5717 yoluxma halı qeydə alınıb.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir i. bu barədə ölkənin Səhiyyə Nazirliyinin məlumatında bildirilir.

Məlumatda 33 nəfərin ağcaqanad sancmaları ilə yayılan arboviruslardan öldüyünü qeyd olunur. Ümumi yoluxma hallarının sayı 38 938-ə çatıb ki, bunlardan 1 260-ı testlərlə təsdiqlənib.

Ölkədə çətin epidemioloji vəziyyət qalmaqdadır, "denge" və "çikunqunya" qızdırmaları daha çox yayılıb. Səhiyyə nazirinin müavini Karilda Pena Qarsianın dediyinə görə, "denge"dən 12 nəfər (onlardan 7-si 18 yaşdan kiçikdir), "çikunqunya"dan isə 14-ü uşaq olmaqla 21 nəfər ölüb.

"Ölkə üzrə yoluxma hallarının ümumi azalmasına baxmayaraq, bəzi ərazilərdə epidemioloji vəziyyət pisləşib", - deyə nazir müavini vurğulayıb.

Qeyd edək ki, yüksək hərarət, iltihab, oynaq ağrısı ilə müşayiət olunan və ağırlaşmalara səbəb ola bilən xəstəliyin spesifik müalicəsi yoxdur.


SON XƏBƏRLƏR

01 Dekabr 2025