• Bakı 18° C

    1.3 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Eks-prezidentin evi yarıldı

DÜNYA

02 Dekabr 2025 | 08:37 | Müəllif: Qalib İbrahimoğlu

Eks-prezidentin evi yarıldı

Fransanın keçmiş prezidenti Fransua Ollandın Parisdəki mənzili qarət edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı "BFMTV" televiziya kanalı yayıb.

Məlumata görə, hadisə 22 noyabrda baş verib. Oğurlanan əşyaların tam siyahısı açıqlanmasa da, Ollandın saatının da oğurlandığı deyilir.

Oğrular hadisədən təxminən bir həftə sonra tutulublar. Oğurlanan saat axtarış zamanı tapılıb və eks-prezidentə qaytarılıb. Əslən Əlcəzairdən olan hər iki şəxsə qarşı ittiham irəli sürülüb.

Qeyd edək kİ, Fransua Olland 2012-2017-ci illərdə Fransa prezidenti olub.


Eks-prezidentin evi yarıldı
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR