ABŞ prezidenti Donald Trampla İsrailin baş naziri Benyamin Netanyahu arasında telefon danışığı olub.
Bakıvaxtı.az xəbər verir ki, telefon danışığı zamanı Tramp Netanyahunu yaxın vaxtlarda Vaşinqtonda görüşə dəvət edib.
"Netanyahu bu yaxınlarda Trampla telefonla danışıb. ABŞ prezidenti baş naziri yaxın vaxtlarda Ağ Evdə keçiriləcək görüşə dəvət edib", - Ağ Evin açıqlamasında deyilir.
Danışıqlar zamanı liderlər Fələstinin HƏMAS hərəkatının tərksilah edilməsinin və Qəzzanın demilitarizasiyasının vacibliyini vurğulayıblar. Bundan başqa, Tramp və Netanyahu region ölkələri ilə sülh sazişlərinin genişləndirilməsi perspektivini müzakirə ediblər.
Bakı 



