• Bakı 13° C

    10.6 m/s

  • USD - 1.7

    EUR - 1.9717

    RUB - 2.1924

İstanbul boğazında gəmilərin hərəkəti dayandırıldı

DÜNYA

02 Dekabr 2025 | 08:45

İstanbul boğazında gəmilərin hərəkəti dayandırıldı

İstanbul boğazında gəmilərin hərəkəti dayandırılıb.

Bakıvaxtı.az xəbər verir kİ. bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi məlumat yayıb.

Nazirlik boğazda görmə qabiliyyətini xeyli azaldan sıx duman səbəbindən gəmilərin hər iki istiqamətdə hərəkətinin müvəqqəti dayandırıldığını açıqlayıb.

Açıqlamada səhər saatlarından etibarən müşahidə edilən dumanın dəniz nəqliyyatı üçün risk yaratdığı qeyd edilir:

"Görünmənin məhdudlaşması (duman) səbəbindən Boğaziçidə gəmilərin hərəkəti hər iki istiqamətdə müvəqqəti olaraq dayandırılıb".

Səlahiyyətlilər hava şəraiti normallaşdıqdan sonra nəqliyyatın hərəkətinin bərpa olunacağını bildirib və ərazidə olan gəmi kapitanlarına diqqətli olmaları barədə xəbərdarlıq edib.

Qeyd edilib ki, İstanbulda duman xüsusilə Boğaziçi ətrafında cəmləşib və şəhər daxilində dəniz nəqliyyatında da aksamalara səbəb ola bilər.

Murad Məmmədli


SON XƏBƏRLƏR

01 Dekabr 2025