• Bakı 22° C

    2.57 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Tramp və Makron arasında telefon danışığı oldu

DÜNYA

02 Dekabr 2025 | 00:24 | Müəllif: Subhan Mahmudov

Tramp və Makron arasında telefon danışığı oldu

Fransa Prezidenti Emmanuel Makron ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb və Ukrayna münaqişəsinin həlli ilə bağlı vəziyyəti müzakirə ediblər. 

Bak,vaxtı.az xəbər verir ki, bu barədə LCI televiziyasının məlumatında deyilir.

Bildirilib ki, söhbət Makronun yenidən Parisə səfər edən Vladimir Zelenski ilə danışıqlarından sonra baş tutub.

Fransa və ABŞ prezidentləri Ukraynada davamlı sülhün şərtlərini və ABŞ tərəfindən həyata keçirilən vasitəçilik səylərini müzakirə ediblər.

Fransa lideri həmçinin Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsinin vacibliyini bildirib və bu məsələdə ABŞ ilə işləməyə hazır olduğunu qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026