• Bakı 29° C

    3.47 m/s

  • USD - 1.7

    EUR - 1.9774

    RUB - 2.1074

Aİ-nin Rusiya neftinin qiymət tavanı ilə bağlı qərarı qüvvəyə minib

DÜNYA

03 Sentyabr 2025 | 14:18

Aİ-nin Rusiya neftinin qiymət tavanı ilə bağlı qərarı qüvvəyə minib

Rusiyaya qarşı 18-ci sanksiyalar paketi çərçivəsində Avropa İttifaqının (Aİ) Rusiya neftinin qiymət tavanının (price cap) 60 ABŞ dollarından 47,6 ABŞ dollarına endirilməsi ilə bağlı qərarı bu gündən qüvvəyə minib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "RBK-Ukrayna" məlumat yayıb.

Bununla yanaşı, keçid müddəti müəyyən edilib – bu, 20 iyul 2025-ci il tarixinə qədər bağlanılmış və həmin tarixdə bir barel üçün qiyməti 60 ABŞ dolları olan istənilən müqavilənin icrası üçün 18 oktyabr 2025-ci il tarixinə qədərki müddətdir.

Xatırladaq ki, Aİ ölkələri iyulun 18-də Rusiyaya qarşı yeni sanksiyalar paketini, o cümlədən Rusiya neftinə aşağı hədd məhdudiyyətini təsdiqləyib.


SON XƏBƏRLƏR