• Bakı 24° C

    8.65 m/s

  • USD - 1.7

    EUR - 1.9774

    RUB - 2.1074

DİQQƏT! Bakının bəzi ərazilərində qaz olmayacaq

CƏMİYYƏT

03 Sentyabr 2025 | 20:38

DİQQƏT! Bakının bəzi ərazilərində qaz olmayacaq

Bakının Nərimanov rayonunun bəzi ərazilərinin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Nərimanov rayonu, H.Əliyev prospekti ilə Ə.Əliyev küçəsinin kəsişməsində aparılacaq təmir işləri ilə əlaqədar 04.09.2025-ci il tarixdə saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə H.Əliyev prospektində, A.M.Cümə, N.Hacıyev, Ə.Əliyev, A.Nemətulla, O.Əliyev və Məmmədov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


SON XƏBƏRLƏR