• Bakı 16° C

    1.08 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.0614

Süleymanovun həbsinə bağlı qapılar arxasında baxılacaq

CƏMİYYƏT

03 Oktyabr 2025 | 20:16

Süleymanovun həbsinə bağlı qapılar arxasında baxılacaq

Moskvanın Basmannı məhkəməsi milyarder İbrahim Süleymanovun həbsinə qapalı şəraitdə baxacaq.

Bakıvaxtı.az xəbər verir ki, cinayət işi üzrə müstəntiq məhkəmə istintaqı zamanı qanunla qorunan məlumatların açıqlanması riskini əsas gətirərək, iclasın qapalı keçirilməsi barədə vəsatət qaldırıb.

Hakim vəsatəti təmin edib.

İstintaqın məlumatına görə, milyarder İbrahim Süleymanov Maliyyə Bərpası və İflas üzrə Federal Xidmətə (FSFO) rəhbərlik etmiş və Moskva hava limanlarının müflisləşməsinə nəzarət edən Georgi Tala qarşı sui-qəsdin təşkilində şübhəli bilinir. Onun ölümcül yaralanması ilə nəticələnən hücum 2004-cü ildə Moskvanın mərkəzində baş verib.


SON XƏBƏRLƏR