Sumqayıt şəhərində talama cinayəti qeydə alınıb.
Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.
Zərərçəkənlər polisə müraciət edərək ümumilikdə 5 650 manatlıq inşaat materillarının oğurlandığını bildiriblər. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər də oğurluqla əlaqəli cinayətə görə məhkum olunan 40 yaşlı M.Hüseynov müəyyən edilərək saxlanılıb.
Bakının Binəqədi rayonunda isə bir nəfərin 3 900 manat dəyərində mobil telefonunu oğurlamaqda şübhəli bilinən 42 yaşlı R.Kərimov və əvvəllər məhkum olunmuş G.Kazımova da polis əməkdaşları tərəfindən saxlanılıblar.
Araşdırmalar davam etdirilir.
Bakı 


