Suriyanın paytaxtı Dəməşqdə daha bir partlayış baş verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Haber7” məlumat yayıb.
Məlumata görə, paytaxt Dəməşqdə yerləşən Məzzə məhəlləsində avtomobilə yerləşdirilmiş bomba partlayıb. Hadisə nəticəsində bir nəfər xəsarət alıb.
Faktla bağlı araşdırlamara başlanılıb.
Qeyd edək ki, bundan öncə Dəməşq Beynəlxalq Hava Limanı yaxınlığında da partlayış olmuşdu./axar.az