• Bakı 26° C

    6.56 m/s

  • USD - 1.7

    EUR - 1.9774

    RUB - 2.1074

Oğuzda qanunsuz yolla ağac kömürü istehsal edən quyular aşkarlanıb

CƏMİYYƏT

03 Sentyabr 2025 | 16:13

Oğuzda qanunsuz yolla ağac kömürü istehsal edən quyular aşkarlanıb

Oğuzda ətraf mühitin mühafizəsi istiqamətində profilaktik tədbir keçirilib.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, tədbirlər zamanı rayonun Xaçmaz kəndi ərazisində qanunsuz yolla ağac kömürü istehsal edən quyular aşkarlanıb.

Qeyd edilən icazəsiz fəaliyyətlə məşğul olan şəxslər barəsində toplanmış material qərar qəbul edilməsi üçün aidiyyəti dövlət orqanlarına göndərilib.

Həmçinin, profilaktik tədbirlər çərçivəsində rayon ərazisində məişət tullantılarını tutumlardan kənar yerlərə atan 6 şəxs barəsində də polis əməkdaşları tərəfindən inzibati protokol tərtib edilib.


SON XƏBƏRLƏR