• Bakı 26° C

    6.56 m/s

  • USD - 1.7

    EUR - 1.9774

    RUB - 2.1074

Qurban Qurbanov onun adını siyahıya niyə salmadı? - FOTO

İDMAN

03 Sentyabr 2025 | 16:28

Qurban Qurbanov onun adını siyahıya niyə salmadı? - FOTO

“Qarabağ”ın UEFA Çempionlar Liqasının Liqa mərhələsi üçün iştirak ərizəsində yeni transfer Joni Montielin yer almamasının səbəbi bəlli olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə QOL.az-a klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.

Onun sözlərinə görə, ispaniyalı hücumameyilli yarımmüdafiəçinin hazırlıq durumu hələ ki, baş məşqçi Qurban Qurbanovu qane etmir: “Əslində baş məşqçimiz də istəyirdi ki, bu cür futbolçu heyətdə olsun, amma onun indiki hazırlıq durumu buna imkan vermir. Q.Qurbanov “Karvan”la oyundan sonra da bildirmişdi ki, Montielin tam formaya düşməsi üçün müəyyən bir müddət lazımdır. Siyahıda kifayət qədər futbolçumuz var. Ona görə də Montielin adı iştirak ərizəsinə daxil edilməyib”.

Montieldən başqa, uzun müddət zədəli olan yarımmüdafiəçi Aleksey İsayevin də də UEFA-ya göndərilən siyahıda yoxdur.

Qeyd edək ki,  24 yaşlı Montiel bu yay İspaniyanın “Rayo Valyekano” klubundan transfer edilib.


SON XƏBƏRLƏR