Sentyabrın 22-də Fransa Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səudla birlikdə Fələstin üzrə konfransa həmsədrlik edəcək.
Bakıvaxtı.az "DHA"ya istinadən xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron məlumat verib.
Onun sözlərinə görə, konfrans çərçivəsində daimi atəşkəsin yaradılması, bütün girovların azad edilməsi, Qəzza əhalisinə irimiqyaslı humanitar yardımın çatdırılması və Qəzzaya stabilləşdirmə missiyasının yeridilməsi tələb olunacaq.
Bundan əlavə, Makron ABŞ-nin BMT tədbirlərində iştirak etməyi planlaşdıran Fələstin nümayəndələrinə viza verməmək qərarını "qəbuledilməz" adlandırıb.
"Biz bu tədbirin götürülməsinə və qərargah razılaşmasına uyğun olaraq Fələstinin təmsilçiliyinə icazə verilməsinə çağırırıq", - deyə Fransa prezidenti bildirib.
Gülşən Şərif