• Bakı 20° C

    6.07 m/s

  • USD - 1.7

    EUR - 1.9952

    RUB - 2.0763

Rusiya ordusu son sutkada 970 əsgər itirib

DÜNYA

03 Oktyabr 2025 | 09:22

Rusiya ordusu son sutkada 970 əsgər itirib

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya ordusunun son sutkada 970 nəfər itki verdiyini açıqlayıb.

Bakıvaxtı.az “Ukrinform”-a istinadla xəbər verir ki, işğalın başlanğıcından bəri Rusiya tərəfinin ümumi itkiləri təxminən 1 milyon 113 min 430 nəfərə çatıb.

Bundan əlavə, rus ordusu 11 min 225 tank, 23 min 297 zirehli texnika və 33 min 413 artilleriya sistemi də itirib.

Son 24 saatda cəbhə boyu 133 döyüş toqquşması qeydə alınıb. Ən gərgin döyüşlərin Pokrovsk və Novopavlivka istiqamətlərində davam etdiyi bildirilir.

Əli Hüseynov


SON XƏBƏRLƏR

02 Oktyabr 2025