• Bakı 15° C

    9.15 m/s

  • USD - 1.7

    EUR - 1.9672

    RUB - 2.1247

Rusiya və Çin səhiyyə sahəsində əməkdaşlıq memorandumu imzalayacaq

DÜNYA

01 Noyabr 2025 | 20:49

Rusiya və Çin səhiyyə sahəsində əməkdaşlıq memorandumu imzalayacaq

 Rusiya və Çin noyabrda səhiyyə sahəsində əməkdaşlıq memorandumu imzalamağı planlaşdırır.

Bakıvaxtı.az "Reuters"ə istinadn xəbər verir ki, bu barədə Rusiyanın səhiyyə naziri Mixail Muraşko açıqlama verib.

O, bildirib ki, bu, tibbi məhsulların keyfiyyəti və təhlükəsizliyi ilə bağlı iki ölkənin standartlarının uyğunlaşdırılmasına yeni təkan verəcək.

"Səhiyyə Nazirliyinin Tibbi Məhsulların Ekspertizası Elmi Mərkəzi ilə Çin Xalq Respublikasının Qida və Dərman Administrasiyası Milli İnstitutu arasında bu gün iş başa çatıb. Noyabrın sonunda ikitərəfli əməkdaşlığın inkişafına yeni təkan verəcək memorandumun imzalanması planlaşdırılır", - deyə Muraşko qeyd edib.

Nazirin sözlərinə görə, Çin istehsalı olan 100-dən çox dərman vasitəsi, o cümlədən Çində istehsal olunan 600-dən çox maddə və 3500-dən çox tibbi cihaz Rusiyada qeydiyyatdan keçib.

Gülşən Şərif


SON XƏBƏRLƏR

01 Noyabr 2025