Ukrayna Prezident Ofisinin keçmiş rəhbəri Andrey Yermakın ölkəni tərk etməsinə qadağa qoyulub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ali Radanın deputatı Aleksey Qonçarenko məlumat verib.
"Sərhəd-keçid məntəqələri Andrey Yermakın Ukraynadan çıxışına qadağa qoyulması barədə məktub alıblar", – deputat bildirib.
Qeyd edək ki, 28 noyabrda antikorrupsiya qurumlarının evində və ofisində axtarış aparması fonunda Andrey Yermak istefa verib.
Bakı 



