• Bakı C

    3.15 m/s

  • USD - 1.7

    EUR - 1.9717

    RUB - 2.1924

Putinlə görüşdən qabaq onları qəbul etdi

DÜNYA

01 Dekabr 2025 | 20:08

Putinlə görüşdən qabaq onları qəbul etdi

ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff Floridada Ukrayna nümayəndə heyəti ilə daha bir görüş keçirir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Görüşün detalları barədə əlavə məlumat verilməyib.

Xatırladaq ki, noyabrın 30-da Floridada ABŞ və Ukrayna nümayəndə heyətlərinin danışıqları başa çatmış, tərəflər ABŞ-nin təklif etdiyi sülh planının yekun variantı üzrə razılığa gələ bilməmişdi. Danışıqlarda əsas müzakirə mövzuları ərazilərlə bağlı məsələlər və Ukraynanın NATO-ya üzvlüyü olub.

Məlumata görə, Ukrayna tərəfi xüsusilə Donetsk vilayətindən ordunun çıxarılması ilə bağlı bəndi Konstitusiya məhdudiyyətlərini əsas gətirərək qəbul etməyib. Həmçinin, Ukraynanın NATO-dan imtina etməsi ilə bağlı təklif də rədd edilib.

Qeyd edək ki, Kremlin açıqlamasına əsasən, sabah Rusiya Prezidenti Vladimir Putinlə Stiv Uitkoff arasında da görüş planlaşdırılır.


SON XƏBƏRLƏR