• Bakı C

    3.15 m/s

  • USD - 1.7

    EUR - 1.9717

    RUB - 2.1924

ABŞ Suriya ilə birgə əməliyyat keçirdi

DÜNYA

01 Dekabr 2025 | 20:16

ABŞ Suriya ilə birgə əməliyyat keçirdi

ABŞ hərbi personalı Suriya ordusu ilə birgə əməliyyat keçirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məlumat yayıb.

Əməliyyat zamanı qüvvələr çoxsaylı hava hücumları və qurudan bombardmanlar vasitəsilə Rif Dəməşq əyalətində İŞİD-in silah anbarlarını müəyyən edib və məhv edib.

130-dan çox minaatan və raket, bir neçə avtomat, pulemyot, tank əleyhinə minalar, əldəqayırma partlayıcı qurğuların hazırlanması üçün materiallar məhv edilib.

"Bu uğurlu əməliyyat İŞİD-ə qarşı mübarizədə əldə edilən nailiyyətlərin uzunmüddətli olmasını və qrupun ABŞ-a və bütün dünyaya terror hücumlarını bərpa edə və ya ixrac edə bilməyəcəyini təmin edir. Biz ayıq-sayıq qalacağıq və Suriyada İŞİD qalıqlarını aqressiv şəkildə təqib etməyə davam edəcəyik", - ABŞ Mərkəzi Komandanlığının komandanı Bred Kuper bildirib.


SON XƏBƏRLƏR